ABŞ 2019 cu ildən bəri ilk dəfə Venesuelaya səfir təyin edib

23.01.2026

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Maduronun devrilməsindən sonra iki ölkə münasibətləri bərpa etməyə çalışır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Laura Doqanı Venesuelaya səfir təyin edib. Ölkələr arasında diplomatik əlaqələr 2019-cu ildə kəsilib, lakin Nikolas Maduronun devrilməsindən sonra iki ölkə münasibətləri bərpa etməyə çalışır. AYNAS.AZ xəbər verir ki, bu barədə diplomatik mənbə AFP-yə bildirib.

Laura Doqa əvvəllər ABŞ-ın Honduras və Nikaraquada səfirlik katibi vəzifəsində çalışıb. Diplomat olaraq o həmçinin Mexiko, Türkiyə, Misir və Salvadorda xidmət edib. O həmçinin ABŞ Ordusu Baş Qərargah rəisinin xarici siyasət üzrə müşaviri və FTB-nin Girov Xilasetmə Qrupunun direktor müavini vəzifələrində işləyib.

Nikolas Maduronun 2018-ci ildə yenidən seçilməsindən sonra ABŞ onun legitimliyini tanımayıb. Daha sonra 2019-cu ilin yanvarında özünü müvəqqəti dövlət başçısı elan edən Parlament sədri Xuan Quaidonu dəstəkləyib. Bundan sonra ölkələr arasında diplomatik münasibətlər kəsilib. Venesuela ilə bağlı diplomatik məsələlər Kolumbiyadakı ABŞ səfirliyində xüsusi bölmə tərəfindən həll olunurdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью