ABŞ 2026 cı ildə Ukraynada sülhə nail ola bilməyəcək

20.02.2026

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Ukraynaya qarşı işğalçı müharibəni yaxın vaxtlaradək bitirmək niyyətində deyil. Hətta ABŞ tərəfinin vasitəçilik səyləri də bölgəyə sülh gətirməyəcək.

Reyting.az "Reuters" agentliyinə xəbər verir ki, bu, Avropa ölkələrinin xüsusi xidmət orqanlarının Ukrayna müharibəsi ilə bağlı ümumi qiymətləndirməsinin nəticəsidir.

Anonim danışan beş avropalı kəşfiyyat rəhbərindən dörd nəfəri bildirib ki, Moskva bu danışıqlardan əsasən sanksiyaların yumşaldılması və biznes maraqları üçün istifadə edir.

Məlum olduğu kimi, Amerikanın vasitəçiliyi ilə keçirilən görüşlər nəticəsiz qalıb. Öz şərtlərini diqtə etməyə çalışan Rusiya, Donetsk vilayətinin qalan 20 faizindən Ukraynanın çıxmasını tələb etsə də, Kiyev buna rədd cavabı verib. Bəzi Avropa mənbələrinə görə, Moskvanın əsas məqsədi hələ dəyişməyib və hədəf Ukrayna hakimiyyətini zəiflətmək, ölkəni neytral tampon zonaya çevirməkdir.

Danışıqlarda ABŞ tərəfini Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner təmsil edib.

Bütün bunlarla yanaşı, analitiklər Rusiyanın mövcud iqtisadi durumunu hazırkı şəraitdə qismən sabit qiymətləndirsələr də, bu ilin ikinci yarısında risklərin sürətlə artacağını bildirirlər.

Avropalı ekspertlərə görə, müharibə aparan Rusiyanın iqtisadi artımı təxminən 1 faiz, eyni zamanda Rusiya Mərkəzi Bankının əsas faizi 15,5 faiz, o cümlədən ehtiyat fondunun likvid hissəsi iki dəfə azalıb ki, bu göstəricilər də irəlidə çox böyük çətinliklərin olacağından xəbər verir.

Oqtay QORÇU


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью