ABŞ 25 min hərbçisini Avropadan geri çağırmaq istəyir

18.09.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) 25 minə yaxın hərbi qulluqçusunu, həmçinin döyüş gəmilərini, təyyarələrini və silah-sursatını Avropa qitəsindən geri qaytarmaqla bağlı mühüm plan üzərində işləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "NBC News" xəbər yayıb. Telekanalın özəl mənbələrinin verdiyi məlumata əsasən, ABŞ rəsmiləri daha genişmiqyaslı bir ssenarini - Avropada yerləşən ABŞ kontingentini təxminən yarıya qədər, yəni 40 min hərbçiyə qədər azaltmağı da nəzərdən keçirirlər.

İxtisarlar ilk növbədə ABŞ-nin əsas hərbi qüvvələrinin yerləşdirildiyi Almaniya, İtaliya və İspaniyanı əhatə edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью