Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Dövlət Departamenti Prezident Donald Trampın 2025-ci ildə vəzifəyə başlamasından bəri 250 mindən çox vizanı ləğv edib.
Bakıvaxtı.az "Fox News"a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Tommi Piqott açıqlama verib.
O, bildirib ki, 250 mindən çox vizanın ləğvi Amerika xalqını qorumaq üçün tarixi bir mərhələdir.
"ABŞ hakimiyyəti tərəfindən verilən hər bir viza qərarı ölkənin milli təhlükəsizliyi ilə bağlı qərardır. Davamlı yoxlama sayəsində ABŞ cinayət törədənləri, terrorizmi dəstəkləyənləri və ya ABŞ immiqrasiya sistemindən sui-istifadə edənləri müəyyən edir. ABŞ vizası hüquq deyil, imtiyazdır və əgər siz həmin imtiyazın şərtlərini pozsanız, onu itirirsiniz", - deyə Tommi qeyd edib.
Gülşən Şərif