ABŞ 3 milyardlıq qrantı ləğv edib: “Bahadır”

15.04.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-də Donald Tramp administrasiyası 3 milyard dollarlıq qrant proqramını ləğv edib. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyi  keçmiş prezident Co Bayden dövründə başladılan iqlim dostu proqramın ləğv edildiyi açıqlayıb. Bəyanatda  proqram çərçivəsində 3 milyard dollara yaxın vəsaitə maliyyələşdirilən layihələrin əksəriyyətinin çox baha başa gəldiyi və bu vəsaitlərin yarısından azının fermerlərə getdiyi iddia edilir. 

Tramp administrasiyasının ləğv etdiyi proqram eroziyaya mane olan bitkilərin əkilməsi və kənd təsərrüfatının ətraf mühitə təsirlərini minimuma endirmək üçün bitki qidalarını idarə etmək kimi layihələri dəstəkləyirdi. Bayden administrasiyası bu proqramın 60000-dən çox fermeri əhatə edəcəyini və 60 milyon metrik tondan çox emissiyanı azaldacağını proqnozlaşdırdı. Xatırladaq ki, ABŞ Prezidenti Tramp vəzifəsinin ilk günündə ABŞ-nin Bayden dövründə yenidən tərəfdar olduğu Paris İqlim Sazişindən çıxmaq barədə sərəncam imzaladı. Tramp həmçinin kömür hasilatının artırılması ilə bağlı sərəncam imzalayıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью