ABŞ 30 dan çox ölkənin vətəndaşının ölkəyə girişini qadağan edə bilər | Icma.az
Icma.az, Apa.az saytına istinadən bildirir. 30-dan çox ölkənin vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyula və ya məhdudlaşdırıla bilər.
APA xəbər verir ki, bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem məlumat verib. "Dəqiq rəqəmi deməyəcəyəm, amma 30-dan çoxdur.
Əgər bu ölkələrin sabit hökumətləri yoxdursa, ABŞ-a girmək niyyətində olan insanların kim olduğunu bizə izah edə bilmirlərsə və onları yoxlamağa kömək edə bilmirlərsə, niyə bu ölkələrdən olan insanların ABŞ-a daxil olmasına icazə verməliyik?", - o deyib.
ABŞ mediasının məlumatına görə, Vaşinqton vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulan və ya məhdudlaşdırılan ölkələrin siyahısını 19-dan 32-yə qədər genişləndirməyi düşünür.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu