Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Silahlı Qüvvələri son 30 ildə ilk dəfə “Patriot” zenit-raket kompleksi üçün əvvəlki nəsil “PAC-2” raketləri satın alıb.
Axar.az xəbər verir ki, bu barədə “Var Zone” nəşri məlumat yayıb.
Məlumata görə, Pentaqon 1990-cı illərdən bəri yalnız daha müasir “PAC-3 MSE” raketlərini alır, “PAC-2” ehtiyatlarını isə mövcud sursatların modernləşdirilməsi hesabına yeniləyirdi.
Qeyd edək ki, hazırda istehsal olunan yeganə “PAC-2” versiyası olan “GEM-T” təkmilləşdirilmiş tuşlama sistemi və partladıcı ilə təchiz edilib. Müasir “Patriot” buraxılış qurğuları isə “PAC-2” və “PAC-3” raketlərindən eyni vaxtda istifadə etməyə imkan verir.