ABŞ 350 milyard dollardan çox vəsait ala bilər

01.05.2025

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kiyev hakimiyyəti ilə bağlanmış faydalı qazıntılar haqqında sazişə əsasən ABŞ nəzəri olaraq 350 milyard dollardan çox vəsait ala bilər.

Bunu ABŞ Prezidenti Donald Tramp “NewsNation” telekanalında deyib.

"Bu gün biz nəzəri cəhətdən 350 milyard dollardan çox qazana biləcəyimiz bir sövdələşmə əldə etdik", - Amerika lideri razılaşmanı şərh edərkən deyib.

O əlavə edib ki, nadir torpaq metalları Ukrayna üçün “böyük sərvətdir”. Ağ Evin rəhbəri izah edib ki, sözügedən məbləğ Kiyev hakimiyyətinə maliyyə tranşları şəklində və onun sələfi, demokrat Co Bayden tərəfindən silah tədarükü ilə ötürülüb.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью