ABŞ 5 milyon dollara “qızıl kart” satışına başlayır

22.05.2025

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın həftələrdə Amerika Birləşmiş Ştatları 5 milyon dollara “qızıl kartlar” satan vebsayt açacaq ki, bu da kart sahiblərinə ölkədə daimi yaşamaq imkanı verəcək. Bu barədə mayın 22-də ABŞ-ın ticarət naziri Hovard Latnik məlumat verib.

Xəbəri “İzvestiya.ru” yayıb.

“Bu [saytın işə salınması], hamısı növbəti bir neçə həftə ərzində baş verəcək – aylar deyil, həftələr” – deyə o bildirib.

Latnik əlavə edib ki, proqram ABŞ-ın artan borc öhdəlikləri problemini həll etmək üçün təhlükəsiz variantdır. “Qızıl kartları” satan internet saytı trumpcard.gov adlanacaq.

Nəşr qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ABŞ-ın 1 milyon kart sata biləcəyini və bunun dövlət borcunu ödəməyə kifayət edəcəyini təklif edib.

Martın 22-də Latnik bildirib ki, son 24 saat ərzində əcnəbilər ABŞ-da ölkədə daimi yaşamaq icazəsini təmin edən 5 milyon dollar dəyərində min “qızıl kart” alıblar. Beləliklə, cəmi bir gündə ABŞ hökuməti büdcəni 5 milyard dollar artıra bilib. Latnik vurğulayıb ki, “qızıl kart” sahibi qanunu pozarsa, onun yaşamaq icazəsi ləğv edilə bilər.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью