Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Venesuela neft hasilatının təxminən yarısı ABŞ-a ixrac olunur
Venesuela neft hasilatının təxminən yarısı ABŞ-a ixrac olunur. AYNA.AZ “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın energetika nazirinin müavini Kayl Houstueyt bildirib.
O, Texasın Hyuston şəhərindəki çıxışı zamanı deyib ki, "Son bir neçə ayda 500 min bareldən çox neftin, yəni Venesuelanın neft istehsalının təxminən yarısının ABŞ-a, xüsusi olaraq həmin neft üçün tikilmiş neft emalı zavodlarına göndərildiyini gördük".
Nazir müavininin sözlərinə görə, Latın Amerikası ölkəsi gündə təxminən 1,25 milyon barel neft istehsal edir.