ABŞ a hücuma hazırlıq gedir: buradan vuracaqlar KİV

04.02.2026

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Husilər ABŞ gəmilərinə hücuma hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kan Neyus” məlumat yayıb.

Bildirilir ki, ABŞ İrana qarşı hərbi əməliyyat həyata keçirərsə, husilər Qırmızı dəniz və Ərəb dənizində ABŞ gəmilərinə hücuma başlayacaqlar.

Husilərin raket və pilotsuz uçuş aparatlarının anbarlarını mümkün atəş istiqamətinə görə köçürdükləri bildirilib.

Qeyd olunur ki, husilərin hərbi rəhbərliyi beynəlxalq ticarət yollarına hücumları bərpa etmək məqsədilə intensiv görüşlər keçirib və hazırlıqlarını davam etdirir.

Safura Bənnayeva
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью