ABŞ a məxsus aviadaşıyıcılar hind okeanında döyüş hazırlığına gətirildi

26.01.2026

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” aviadaşıyıcısının ekipaj üzvləri Hind okeanı boyunca hərəkət edərkən planlı texniki xidmət işləri həyata keçiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “Abraham Lincoln” aviadaşıyıcı zərbə qrupu hazırda Yaxın Şərqdə yerləşdirilib və regionda sabitliyin təmin olunmasına xidmət edir.

CENTCOM-un açıqlamasına görə, texniki xidmət tədbirləri gəminin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədi daşıyır.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью