ABŞ Açıqda böyük sensasiya Şelton 4 saat 28 dəqiqəyə Alkarası devirdi

09.09.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Açıq tennis turnirində kişilərin mübarizəsində böyük sürpriz qeydə alınıb.

Apasport.az xəbər verir ki, 1/4 final mərhələsində amerikalı Ben Şelton ispaniyalı Karlos Alkarası 3:2 hesabı ilə məğlub edib.

Gərgin keçən qarşılaşma 4 saat 28 dəqiqə davam edib. Şelton həlledici setdə üstünlük əldə edərək yarımfinala vəsiqə qazanıb.

Bu məğlubiyyət Alkaras üçün ayrıca diqqətçəkən statistika ilə yadda qalıb. İspaniyalı tennisçi 2022-ci ildən bəri ilk dəfə 5 set davam edən qarşılaşmada məğlub olub.

Beləliklə, turnirin əsas favoritlərindən biri hesab olunan Alkaras ABŞ Açıqla 1/4 final mərhələsində vidalaşıb.
Qeyd edək ki, Şelton yarımfinalda həmyerlisi Frensis Tiafo ilə qarşılaşacaq.

Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib İslam Oyunları: Millimiz yarımfinalda məğlub oldu, bürünclə kifayətləndi Novak Cokoviç karyerasının 101-ci titulunu qazanıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью