ABŞ açıqladı: Bu ölkə də Ukrayna ilə müharibəyə başlayır Qoşunlar sərhəddədir

21.05.2025

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna və Macarıstan sərhədində ciddi münaqişə gözlənilir.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter "X" sosial şəbəkəsində yazıb.

"Macarıstan Ukrayna ilə sərhədə qoşun yeridib. Hazırda onlar arasında diplomatik qalmaqal var, hər iki tərəf bir-birini casus kamerası təşkil etməkdə ittiham edir", - ekspert qeyd edib.

Ritterin sözlərinə görə, Ukrayna tərəfi hərbi kadr çatışmazlığı səbəbindən Karpat macarlarını zorla cəbhəyə göndərməyə başlayıb. O, həmçinin Kiyev hakimiyyətinin qeyri-sabit mövqeyi səbəbindən mümkün eskalasiya riskinin artdığını vurğulayıb./publika.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью