ABŞ açıqladı: İran ətrafında 17 hərbi gəmi qrupu yerləşdirilib

28.07.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun informasiya xidmətinin yaydığı məlumatda deyilir.

ABŞ-nin bölgədə 100-dən çox döyüş təyyarəsi daşıyan iki nüvə enerjisi ilə işləyən təyyarədaşıyan USS Abraham Linkoln və USS George H.W. Bush  iki gəmi yerləşir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 1600 km mənzilli “Tomahawk” qanadlı raketləri ilə silahlanmış bir kreyser və 11 esminesdən istifadə edir.

Bundan əlavə, dəniz qrupuna üç böyük desant gəmisi daxildir və onların göyərtəsində dəniz piyadalarından ibarət ekspedisiya batalyonu, şaquli qalxma və eniş qırıcıları, atəş dəstək helikopterləri və nəqliyyat helikopterləri, eləcə də desant gəmiləri yerləşdirilir.

Qanadlı raketlərlə təchiz olunmuş bir neçə hücum sualtı qayığı da İran yaxınlığındadır.
Bütün bunlardan əlavə olaraq CENTCOM-un hazırda Hind okeanında daha üç, Qırmızı dənizdə isə bir idarə olunan raket esminesi yerləşdirilib.

Mərkəzi Komandanlığın məlumatına görə, qrupun gəmiləri və təyyarədaşıyan təyyarələri ötən cümə gününə qədər iki həftə ərzində İrana gündəlik hücumlar həyata keçirib.

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü "Axios"a verdiyi müsahibədə bildirib ki, mövcud danışıqlar prosesi səmərəsiz olarsa, ABŞ ordusu İrana yenidən zərbə endirəcək.

"İranla çox ciddi danışıqlar aparırıq. Əgər onlar nəticə verməsə, çox ciddi hərbi əməliyyatlara qayıdacağıq", - Tramp qeyd edib.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью