ABŞ Adanadakı konsulluq əməkdaşlarını bölgədən çıxarır

09.03.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Yaxın Şərqdəki münaqişə səbəbindən artan təhlükəsizlik təhdidləri fonunda Türkiyənin Adana şəhərindəki konsulluq işçilərinin qismən təxliyəsinə başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamenti yayıb. Məlumata görə, 9 mart 2026-cı ildə Adanadakı Baş Konsulluqda çalışan, ancaq işi çox da vacib olmayan əməkdaşlara və onların ailələrinə ölkəni tərk etmək əmri verilib. Səbəb kimi bölgədə artan təhlükəsizlik riskləri göstərilib.

Eyni zamanda, Adanadakı ABŞ Konsulluğu konsulluq xidmətlərini dayandırıb. Amerika vətəndaşlarına Ankaradakı ABŞ səfirliyi və ya İstanbuldakı Baş Konsulluqla əlaqə saxlamaları tövsiyə olunur. Türkiyənin cənub-şərqində yerləşən amerikalılara da bölgəni tərk etmələri tövsiyə edilib.

Xatırladaq ki, ABŞ və İran arasında 28 fevral 2026-cı ildə başlayan hərbi əməliyyatlardan bəri Türkiyənin cənub-şərqində amerikalı işçilərinə məhdudiyyətlər tətbiq olunur.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью