ABŞ administrasiyası İrandan istədiklərini hərbi müdaxilə olmadan, sadəcə təzyiq vasitəsilə əldə etməyə çalışır

27.01.2026

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İrandakı kütləvi etirazlar ölkənin iqtisadi vəziyyətindən narazılıqdan qaynaqlanırdı. Tehran iğtişaşları təşkil etməkdə ABŞ və İsraili günahlandırdı. ABŞ prezidenti Donald Tramp hakimiyyət orqanları etirazlara qarşı sərt tədbirlər görərsə, ölkəyə zərbə endirəcəyi ilə hədələdi. Lakin, "The Wall Street Journal" qəzetinin məlumatına görə, Tramp müttəfiqləri ilə məsləhətləşdikdən sonra fikrini dəyişib.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-nin hərbi müdaxiləsi ilə bağlı gözləntilər real siyasət məntiqi ilə üzləşir: “ABŞ İraqda və Əfqanıstanda hərbi müdaxilələrin nəticələrini yaşayıb və Vaşinqtonda yeni geniş miqyaslı hərbi əməliyyatlara iştah yoxdur. İraq müharibəsi trilyon dollardan çox xərc tələb edib və minlərlə amerikalı əsgər həlak olub. Əfqanıstandan çəkilmə xaotik olub və ABŞ-nin məğlubiyyətinə səbəb olub.

İran İraq və ya Əfqanıstandan fərqlidir. İranın 85 milyon əhalisi, böyük ərazisi, dağlıq relyefi və professional ordusu hərbi müdaxiləni çox mürəkkəb edər. Həmçinin, İranın regional vəkil qüvvələri - Hizbullah, Husi, İraq milisləri - ABŞ qüvvələrinə və müttəfiqlərə asimmetrik təhdidlər yaradar”.

Tural İsmayılov

Politolqun fikrincə, ABŞ administrasiyası İrana maksimal təzyiq strategiyası tətbiq edir: “Sanksiyalar, diplomatik təcrid, kiberhücumlar, İsrail və körfəz ölkələri ilə əməkdaşlıq bu strategiyanın tərkib hissələridir. Amma birbaşa hərbi müdaxilə ehtimalı aşağıdır”.

Tural İsmayılov bildirib ki, ABŞ-nin maraqları İranda nüvə proqramının dayandırılması, regional ekspansiyanın məhdudlaşdırılması və beynəlxalq normaların riayət edilməsidir: “ABŞ bu məqsədlərə birbaşa işğal olmadan da nail olmağa çalışır”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью