ABŞ Administrasiyasının Rusiya aerodromlarına hücuma cavabı açıqlanıb...

07.06.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezident administrasiyasının bir sıra rəsmiləri Ukrayna pilotsuz təyyarələrinin Rusiya aerodromlarına hücumundan narazılıqlarını bildiriblər.

SİA xəbər verir ki, bu barədə Bloomberg yazır.

İyunun 1-də Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb ki, Ukrayna xüsusi xidmət orqanları Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlarda FPV pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı həyata keçirib. Agentliyin məlumatına görə, bəzi məmurlar özəl olaraq "hücumdan təsirləndiklərini" etiraf ediblər.

Eyni zamanda rəsmilər də baş verənlərdən narazılıqlarını bildiriblər.

Onlar izah ediblər ki, Kiyevin hərəkətləri yalnız Rusiya prezidenti Vladimir Putinin hərbi əməliyyatları davam etdirmək əzmini gücləndirəcək.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью