ABŞ Afrikadan uzaqlaşır Hərbi və siyasi əlaqələr kəsiləcək

21.04.2025

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Dövlət Departamenti Afrika qitəsindəki əməliyyatların böyük hissəsini dayandırmağa və bölgədəki bir çox səfirlik və konsulluqları bağlamağa hazırlaşır.

Sfera.az "En Son Haber"ə istinadən xəbər verir ki, Prezident Donald Tramp və administrasiyası Dövlət Departamentinin beynəlxalq fəaliyyətlərinə dair geniş dəyişiklikləri əhatə edən layihə üzərində işləyir.

Layihə sənədində Afrika qitəsindəki əməliyyatların demək olar ki, tamamilə dayandırılması və diplomatik nümayəndəliklərin bağlanması nəzərdə tutulur.
Bundan əlavə, sənəddə Dövlət Departamentində iqlim dəyişikliyi, qaçqın məsələləri, demokratiya və insan hüquqları ilə məşğul olan ofislərin fəaliyyətlərinin də ləğv olunması planlaşdırılıb.


Xəbərdə qeyd olunub ki, sözügedən layihə yaxın həftə ərzində Prezident Tramp tərəfindən imzalana bilər.


Bəsti Rəfizadə
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью