ABŞ Aİ ni əmin edib ki, Trampın Avropadan nüvə silahını çıxarmayacaq

26.03.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ rəsmiləri özəl olaraq avropalıları əmin ediblər ki, ABŞ prezidenti Donald Tramp NATO-nu dəstəkləyir və nüvə silahlarını Avropadan çıxarmayacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" öz analitik məqaləsində yazıb.

Analitiklərin  sözlərinə görə, "rəsmilər özəl olaraq avropalıları əmin ediblər ki, ABŞ prezidenti NATO-nu dəstəkləyir, Amerikanın nüvə çətirini Avropa üzərindən geri çəkmək niyyətində deyil və kollektiv müdafiə ideyasına sadiqdir". Nəşrin də qeyd etdiyi kimi, Tramp fikrini dəyişmək vərdişi ilə tanınır; o, NATO-ya “üzvlərin Amerikanın müdafiəsi üçün pul ödədiyi klub” kimi baxır.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron həmvətənlərinə müraciətində müttəfiqlərlə Avropa ölkələrinin Fransanın nüvə qarşısının alınması qüvvələrinin himayəsi altına qəbul edilməsinin mümkünlüyü ilə bağlı müzakirələrə başlayacağını bildirib.

O, Rusiyanı ölkəsi, həmçinin bütövlükdə Aİ üçün təhlükə adlandırıb, eləcə də bu, hərbi xərclərin artmasına və Fransanın nüvə silahının Aİ ölkələrində yayılmasına haqq qazandırıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью