ABŞ Aİ yə tarif sövdələşməsi təklif edib VİDEO

08.07.2025

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Politico” nəşrinin yazdığına görə, 10%-lik rüsumlar aviasiya sənayesinə, içki və araq məhsullarının istehsalına şamil edilməyəcək.
“Sazişin təfərrüatları hələ də müzakirə olunduğundan razılaşma ABŞ prezidenti Donald Trampın razılığı tələb olunur”, - məlumatda deyilir.
Vaşinqton və Pekin razılığa gəldilər | VİDEO Xatırladaq ki, aprel ayında ABŞ prezidenti Donald Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib. Baza dərəcəsi bütün idxal malları üzrə 10%, bəzi ölkələr üçün isə xeyli yüksək olub - Çin üçün 34%, Vyetnam üçün 46% və Avropa İttifaqı üçün 20%. Buna cavab olaraq Çin də Amerika mallarına 34% rüsum tətbiq etdi. Trampın qərarını pisləyən dünya ölkələrinin liderləri ABŞ-yə qarşı cavab tədbirləri ilə hədələyiblər.
Dünən isə, Donald Tramp BRİKS-i dəstəkləyən ölkələrdən Amerikaya idxal olunan mallara əlavə 10%-lik rüsum tətbiq edəcəyini açıqlayıb. Onun sözlərinə görə, bu zaman heç bir istisna olmayacaq. Amerika liderinin bu bəyanatına Pekin operativ cavab səsələndirib.
Yeri gəlmişkən, iyunun 27-də Pekin ticarət tarifləri barədə ABŞ ilə Çin arasında razılaşmanın əldə edildiyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью