ABŞ Aleksandr Vinniki Rusiyaya təhvil verib

14.02.2025

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

ABŞ-də həbsdə olan Aleksandr Vinnik Rusiyaya təhvil verilib.

APA-nın Moskva bürosu xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Moskvanın Vnukovo hava limanına enib.

Vinniki daşıyan təyyarənin İstanbuldan Moskvaya uçduğu bildirilir.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi həyata keçirilib. Bir neçə gün öncə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya səfər edib. Həmin səfərdən sonra Rusiyada həbsdə olan amerikalı diplomat Mark Fogel azad olunaraq Vaşinqtona göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью