ABŞ Ali Məhkəməsi venesuelalı miqrantların deportasiyasını müvəqqəti dayandırıb

19.04.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Ali Məhkəməsi Ağ Evin daha bir qrup venesuelalı miqrantın deportasiyası ilə bağlı planlarını müvəqqəti olaraq dayandırıb.
APA xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Qeyd olunub ki, həmin şəxslər cinayətkar dəstə üzvü olmaqda ittiham olunurlar.

Məhkəmənin müdaxiləsinə səbəb 2025-ci il aprelin 18-də miqrantların vəkilləri tərəfindən təqdim olunan vəsatət olub.
Vəkillər bildiriblər ki, onların müştəriləri əvvəlcədən xəbərdarlıq edilmədən və deportasiya qərarını şikayət vermək imkanı olmadan ölkədən çıxarıla bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью