ABŞ Ali Məhkəməsindən Trampa zərbə: Seçki planı dayandırıldı

15.09.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Ali Məhkəməsi Prezident Donald Tramp administrasiyasının federal seçkilərdə poçtla səsverməni məhdudlaşdırmaq cəhdinin qarşısını alıb.

Turkustan.az xəbər verir ki, Ali Məhkəmə ABŞ Poçt Xidmətinin (USPS) poçtla səsvermə üçün tətbiq etməyə çalışdığı yeni qaydalarla bağlı aşağı məhkəmənin qərarının ləğv edilməsi tələbini rədd edib.

Qərara əsasən, yeni tələblər noyabrın 3-də keçiriləcək ara seçkilərdə tətbiq olunmayacaq. Ali Məhkəmənin hakimi Brett Kavanaugh bildirib ki, dövlət və yerli seçki rəsmilərinin yeni qaydaları seçkilərədək tətbiq etməsi üçün kifayət qədər vaxt yoxdur.

Kavanaugh yeni tələblərin qarşıdan gələn seçkilərə tətbiqini “özbaşına və ağlabatan olmayan” addım kimi qiymətləndirib.

Beləliklə, məsələ ilə bağlı hüquqi proses davam etdiyi müddətdə poçtla səsverməyə dair yeni tələblərin tətbiqi dayandırılıb.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью