ABŞ Alyaskada neft hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırıb

14.11.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 14 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp administrasiyası sələfi Cozef Bayden dövründə Alyaskada neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırıb.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın daxili işlər naziri Duqlas Berqam deyib. “2024-cü il qaydalarını ləğv etməklə, Alyaskanın enerji potensialını bərpa etmək, yerli əhali üçün iş yerləri açmaq və ölkənin yanacaq təhlükəsizliyini gücləndirmək üçün Prezident Donald Trampın müəyyən etdiyi kursu izləyirik”, - deyə “Reuters” agentliyi nazirdən iqtibas gətirib.

Cozef Bayden dövründə tətbiq edilən son məhdudiyyətlər Milli Neft Ehtiyatını təşkil edən Alyaskanın şimalında federal mülkiyyətdə olan 4,3 milyon hektar ərazinin icarəyə verilməsini qadağan edib.

Qeyd edək ki, yanvar ayında Donald Tramp Alyaskanın qorunan torpaqlarında neft və qaz kəşfiyyatını yenidən bərpa edəcəyini və Cozef Bayden dövründə tətbiq edilən məhdudiyyətləri aradan qaldıracağını açıqlamışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью