Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Amerika hakimiyyəti İsraili tərk etməyi planlaşdıran ABŞ vətəndaşları üçün təxliyə uçuşları üzərində işləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-ın yəhudi dövlətindəki səfiri Mayk Hakabi X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Səfirlik evakuasiya uçuşları və kruiz gəmilərinin daşınması üzərində işləyir",- deyə o yazıb.