Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Dövlət Departamenti Argentinaya 140 milyon dollara UH-60M “Black Hawk” çoxməqsədli helikopterlərinin və onunla əlaqəli sistemlərin mümkün satışını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet saytında məlumat verilib.
Məlumata görə Argentina ABŞ-dan dörd UH-60M “Black Hawk” helikopteri, iki mühərrik, onlarla əlaqəli avadanlıq və xidmətlər almağı xahiş edib. Sazişin dəyərinin 140 milyon dollar olduğu bildirilir.