Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu fikri Avropa diplomatiyasının keçmiş rəhbəri Josep Borrell bildirib.
"Amerikalılar artıq avropalılara güvənmirlər. ABŞ artıq bizim böyük müttəfiqimiz deyil. Biz reallıqda yeni bir fəsil yaşayırıq və bu, getdikcə öz müdafiəmizi təmin etməli olduğumuzu göstərir", - deyə Borrell İspaniyanın "El País" qəzetinə verdiyi müsahibədə bildirib.
O, ABŞ-ın Qrenlandiyaya mümkün müdaxiləsi halında AB-nin münaqişədə qalmamalı olduğunu vurğulayıb: "Amerika dəniz piyadaları Qrenlandiyaya düşsəydi, nə edərdik? Sadəcə ərazi bütövlüyünə hörmət edilməli olduğunu deyərdikmi?", - deyə o bildirib.
4 yanvarda ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, ABŞ-ın Qrenlandiyaya milli təhlükəsizlik səbəbləri ilə nəzarət etməsi lazımdır. Vaşinqton administrasiyası rəhbərinin sözlərinə görə, bu, strateji məsələdir, çünki adanın ətrafında guya "hər yerdə Rusiya və Çin gəmiləri" var və Danimarka "ərazinin təhlükəsizliyini gücləndirə bilmir".
Yanvarın 6-da Avropa Komissiyasının sözçüsü Anita Hipper Avropa İttifaqının Danimarkanın ərazi bütövlüyünü və Qrenlandiyanın suverenliyini dəstəklədiyi barədə bəyanat yayıb.
Qadir, Bizimyol.info