Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq. Donald Trampın inauqurasiyasından yeddi aydan bir qədər çox vaxt keçib, lakin bu müddət
"Amerikanı yenidən böyük edək" şüarı altında Tramp ölkəsini getdikcə daha az hörmət edilən bir dövlətə çevirdi.
Qaynarinfo xəbər verir ki, bunu "The Atlantic" jurnalı yazıb.
Məqalədə qeyd olunur ki, Rusiya, Çin və Şimali Koreyanın liderləri Trampı uzun müddət müşahidə edərək onu ciddi qəbul etmədikləri qənaətinə gəliblər.
Nəşr Pekində Yaponiyanın II Dünya müharibəsində kapitulyasiyasının 80 illiyinə həsr olunmuş sammiti xüsusi nümunə kimi göstərir.
Bu tədbirə hətta Lukaşenko dəvət olunub, amma ABŞ prezidenti siyahıya salınmayıb.
Halbuki Yaponiya imperiyasının məğlub edilməsində əsas rol məhz ABŞ-a məxsus idi.
"The Atlantic" yazır ki, Alyaskada baş tutan görüş Tramp üçün diplomatik fiasko ilə bitmişdi.