Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarıyla bağlı keçirdiyi mətbuat konfransında Krımla Qrenlandiya arasında bərabərlik işarəsi qoyub.
Lavrorun sözlərinə görə, Qrenlandiya təhlükəsizlik baxımından ABŞ üçün nə qədər əhəmiyyətlidirsə, Krım da eyni səbəbdən Rusiya üçün əhəmiyyətlidir.
Bu sözlər onun təsdiqidir ki, ABŞ-nin Qrenlandiyanı ələ keçirməsi Rusiya, hətta Çinin maraqlarına uyğun olacaq.
Birincisi, bu ABŞ-Avropa münasibətlərini gərginləşdirəcək, ikincisi, NATO dağılmasa belə zəifləyəcək, üçüncüsü, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirəcək, Çin isə Tayvanın ona məxsus olduğunu gur səslə elan edəcək".
Redaktor.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu özünün feysbuk hesabında yazıb.
"Təsadüfi deyil ki, Lavrov mətbuat konfransında “kim güclüdürsə, o da haqlıdır” tezisini səsləndirib.
Bu elə Donald Trampın yürütdüyü siyasətdir. Bu arada, Donald Trampın Prezident kimi fəaliyyətə başlamasının bir ili tamam oldu.