ABŞ Avropa münasibətlərində REAL TƏHLÜKƏ KONKRET

10.10.2025

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın İspaniyanın NATO-dakı iştirakını şübhə altına alaraq ölkənin alyansdan çıxarılmasını təklif etməsi beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub.

Siyasi şərhçi Əziz Əlibəyli KONKRET.az-a açıqlamasında bildirib ki, bu cür yanaşma yalnız İspaniyaya deyil, bütün NATO üzvlərinə ABŞ tərəfindən müəyyən təzyiqlərin göstəricisidir.

Əlibəyli qeyd edib ki, Ukrayna müharibəsi fonunda Avropa ölkələri ABŞ-ın təsiri altında qalıb və Rusiyanın yaratdığı riskləri daha çox hiss edirlər.

Eyni zamanda, İspaniyanın keçmişdə Fələstin məsələsində tutduğu antiisrail mövqeyi ABŞ-ın narazılığına səbəb olub və ölkə buna görə “cəzalandırılır”.

Ekspertin fikrincə, Trampın bu açıqlaması NATO daxilində gərginliyi artırmaqla yanaşı, alyansın birliyinə və Avropa-ABŞ münasibətlərinə əlavə təzyiq yaradır.

Belə görünür ki, ABŞ-ın alyans üzvlərinə qarşı təzyiq siyasəti, xüsusən də müdafiə xərcləri və xarici siyasət mövqeləri ilə bağlı, gələcəkdə NATO-nun strukturuna və üzvlər arasında əlaqələrə əhəmiyyətli təsir göstərə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью