ABŞ Avropada NATO nun yeni təlimlərinin planlaşdırılmasında iştirakdan imtina etmək niyyətindədir

08.03.2025

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Avropada baş tutacaq gələcək hərbi təlimlərin planlaşdırılmasında iştirakını dayandırmaq niyyətində olduğu barədə NATO üzrə müttəfiqlərini məlumatlandırıb.

AZXEBER.COM "Report”a stinadən xəbər verir ki, bu barədə İsveçin "Expressen” nəşri məlumat yayıb.

Bu, hələ ki bu il üçün artıq planlaşdırılan və ABŞ-nin əsas rol oynayacağı NATO təlimlərinə şamil edilmir.

"Expressen”in mənbələrindən birinin sözlərinə görə, söhbət hazırda daha gec reallaşdırma mərhələsində olan NATO təlimlərindən gedir.

Nəşrin qeyd etdiyinə görə, ABŞ tərəfi Avropada hərbi xərcləri azaltmaq və Hind-Sakit okean regionunu prioritet etmək istəyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью