ABŞ Avropadakı hərbi kontingentini azaldacaq?

09.04.2025

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Avropada hərbi mövcudluğunu azaltmaq barədə qərar qəbul etməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Pentaqonun Mətbuat xidməti məlumat yayıb.

“Hazırda hərbi strukturların yenidən nəzərdən keçirilməsi prosesi gedir, lakin Avropadakı ABŞ kontingenti ilə bağlı hələ heç bir qərar qəbul edilməyib. ABŞ-ın NATO-ya sadiqliyi güclüdür. Eyni zamanda, ABŞ Avropanın müdafiəsində müttəfiqlərinin aparıcı rol oynamasını gözləyir”, – deyə mətbuat xidmətinin açıqlamasında qeyd olunub.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью