ABŞ Avropadakı qoşunlarını azaldır Danışıqlar başlayacaq KONKRET

16.05.2025

Icma.az, Konkret.az saytına istinadən bildirir.

ABŞ administrasiyası 2025-ci ilin sonunadək Avropadakı hərbi kontingentinin qismən çıxarılması ilə bağlı Avropadakı müttəfiqləri ilə rəsmi müzakirələrə başlayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker açıqlama verib.

Onun sözlərinə görə, Vaşinqton bu addımı atarkən təhlükəsizlik vəziyyətinin zəifləməməsinə xüsusi diqqət yetirəcək:
“ABŞ hər hansı hərbi qüvvə çıxarılmasının Avropanın təhlükəsizliyini zəiflətməməsinə əmin olmaq istəyir.”

Uitaker əlavə edib ki, ABŞ NATO-da qalmaq niyyətindədir və alyans qarşısında öhdəliklərinə sadiqdir.

Natiq Səlim
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью