ABŞ Avropadan İranla bağlı kəşfiyyat məlumatları istəyib

14.01.2026

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Avropadakı müttəfiqlərindən İrana zərbə endiriləcəyi təqdirdə mümkün hədəflərlə bağlı kəşfiyyat məlumatları təqdim etməyi xahiş edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə 13 yanvar tarixində "The Washington Post" (WP) qəzeti məlumat yayıb.

Qəzetin Avropa rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri 12 yanvarda “ölkələrindən İrandakı mümkün hədəflər barədə kəşfiyyat məlumatlarını bölüşməyi xahiş ediblər”.

Eyni zamanda, mənbələrdən biri "WP"yə bildirib ki, “hazırda zərbənin nüvə obyektlərinə endiriləcəyinə dair heç bir göstəriş yoxdur”.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью