ABŞ Avropaya qarşı: Vaşinqton iqtisadi realizm dövrünü rəsmiləşdirir | Icma.az
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fevralın 1-dən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Hollandiya və Finlandiyanın ABŞ-yə göndərdiyi bütün məhsullara 10 faiz tarif tətbiq ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.Trampın Avropa ölkələrinə tarif tətbiqi planı isə transatlantik münasibətlərdə ciddi böhran yaradıb.
Avropa İttifaqı bu addımı "iqtisadi təzyiq" kimi qiymətləndirərək cavab tədbirlərini müzakirə edir.
Bu tarif münaqişəsi ABŞ-Aİ münasibətlərində uzunmüddətli strateji toqquşmaya səbəb ola bilərmi?
Politoloq Tural İsmayılov Bakıvaxtı.az-a açıqlamasında bu mövzuya toxunub.Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın satın alınması məsələsini ticarət tarifləri ilə şərtləndirməsi transatlantik münasibətlərin ənənəvi diplomatik çərçivədən çıxaraq "tranzaksiya siyasəti" müstəvisinə keçdiyini göstərir:"Fevralın 1-dən tətbiq ediləcək 10 faizlik rüsumların iyun ayında 25 faizə qədər artırılacağı ilə bağlı xəbərdarlıq Vaşinqtonun iqtisadi gücü birbaşa geosiyasi tələblər üçün alətə çevirdiyinin bariz nümunəsidir.
Bu, politoloji baxımdan müttəfiqlik münasibətlərində "təhlükəsizlik müqabilində iqtisadi güzəşt" formulunun yeni və daha sərt bir təzahürüdür.
Bu tarif münaqişəsi sadəcə bir ticarət müharibəsi deyil, Qərbin təhlükəsizlik memarlığının (NATO) təməl prinsiplərinin sınağa çəkilməsidir”.
Tam oxu
Xəbəri oxu