ABŞ Avropaya qaz və neft verməyə hazırdır Zelenski

19.10.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ukrayna qaz infrastrukturu və nüvə enerjisi sahəsində ABŞ-a bir sıra təkliflər təqdim edib. ABŞ Avropaya Rusiyanın enerji tədarükünü əvəzləmək üçün kifayət qədər qaz və neft verməyə hazırdır.

Axar.az xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Avropada Rusiyadan gələn enerji sıfıra endirilməlidir. ABŞ-dan gələn siqnallar aydındır - onlar Rusiyanın payını tam əvəz edəcək qədər qaz və neft tədarük etməyə hazırdır. Regionumuzun Avropanın enerji müstəqilliyinə töhfə vermək üçün infrastruktur və potensialı var. ABŞ-a qaz infrastrukturu, atom enerjisi və bir neçə digər layihə ilə bağlı təkliflər təqdim etmişik. Hazırda detalları üzərində işləyirik”, - Zelenski əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью