ABŞ Azərbaycan əlaqələrində yeni dinamika: Ağ Ev Cənubi Qafqaza diqqəti artırır... | Icma.…
Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir. ABŞ- Azərbaycan əlaqələrində yeni dinamika müşahidə olunur.
Rəsmi Bakı ABŞ-la siyasi əlaqələrini ümumi Cənubi Qafqaz kontekstində qurur.
ABŞ-ın regiona gəlməsi Rusiyanın region ölkələrinə təsirini zəiflədir.
Təbii ki, ABŞ regionda Türkiyə ilə birgə kordinasiyalı siyasətini davam etdirir. Azərbaycan da bu kontekstdən proseslərə yanaşır.
ABŞ Azərbaycanla Ermənistan arasında sülhün qısa bir müddətdə bağlanmasında maraqlıdır.
D.Tramp Ağ Evdə NATO baş katibi ilə mətbuata açıqlamasında, Azərbaycan və Ermənistan arasında tezliklə sülh müqaviləsinin bağlanmasına çağırdı.
Həmçinin bundan əvvəl dövlət katibi M. Rubio eyni mövqedən çıxış etmişdi.
Ötən gün ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uolts Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Azərbaycan və Ermənistanın "İbrahim sazişinə" qoşulmasını vurğulayıb.
Tam oxu
Xəbəri oxu