ABŞ Azərbaycan münasibətləri yeni mərhələdə | Icma.az
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Donald Tramp hakimiyyətə gələndən sonra Azərbaycan və ABŞ arasındakı münasibətlərdə Bayden dövründən qalmış problemlərin həlli istiqamətində müəyyən addımlar atılmaqdadır".
Bunu Milli.Az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, 8 avqust görüşü münasibətlərdə yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.
O.Qasımov qeyd edib ki, həmin gün Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflanıb.
Bundan əlavə, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıqla bağlı əməkdaşlıq işçi qrupunun yaradılması qərara alınıb və diplomatik təmaslar intensivləşib.
Politoloq əlavə edib ki, Donald Tramp Azərbaycan Prezidentini Sülh Şurasında iştirakla bağlı dəvət edib və Azərbaycan tərəfi bu dəvətə müsbət cavab verərək prosesdə iştirak edəcəyini açıqlayıb: "Tramp administrasiyası ilə Azərbaycan münasibətlərini kifayət qədər effektiv hesab etmək olar.
Bu münasibətlər rasional praqmatizm, qarşılıqlı mənafelərə hörmət və çoxtərəfli əməkdaşlıq prinsiplərinə əsaslanır".
Tam oxu
Xəbəri oxu