ABŞ Azərbaycan və Türkiyənin Güney Azərbaycan ərazisinə ordu yeritməsinə imkan verərmi?.. Politoloq

04.02.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Taleyin işini bilmək olmaz.  Hadisələr elə inkişaf edə bilər ki, ümumiyyətlə, İran üçün də, Cənubdakı soydaşlarımız üçün də hər şey əmin-amanlıqla bitə bilər...”

“Zənn etmirəm ki, Azərbaycan və Türkiyənin İran ərazisinə qoşun yeritməsinə şərait yaransın. Çünki İran ətrafındakı bütün əməliyyatlara rəhbərlik edən və onları koordinasiya edən Amerikadır. Və əgər qonşu ölkəyə genişmiqyaslı yeni hücum baş verərsə, o halda da hər şeyə nəzarət edən, bütün məsələlərə komandanlıq edən yenə ABŞ olacaq. Və belə olan durumda istər Türkiyə, istərsə də Azərbaycan həmin ərazilərə buraxılmaz.”

Bunu Moderator.az əməkdaşının “İrana növbəti genişmiqyaslı hücum baş tutacağı və oradakı rejimin, fürsətdən yararlanan separatçı-terrorçu qrupların soydaşlarımızın həyatına qarşı real təhlükə yaradacağı bir durumda Azərbaycan və Türkiyənin məcbur qalaraq əraziyə birgə ordu yeritməsi mümkün ola bilərmi?” sualına cavab verərkən politoloq Qabil Hüseynli dilə gətirib.

“Yəni belə çıxır ki, Güneydəki soydaşlarımız növbəti dəfə taleyin ümidinə buraxıla bilər?” sualını isə politoloq belə cavablandırıb:

“Onsuz da İran ərazisində yaşayan Azərbaycan türkləri uzun zamandır faktiki olaraq taleyin ümidinə buraxılıb. Amma hər halda taleyin işini bilmək olmaz.  Hadisələr elə inkişaf edə bilər ki, ümumiyyətlə, İran üçün də, Cənubdakı soydaşlarımız üçün də hər şey əmin-amanlıqla bitə bilər...” 

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью