Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik: - 2024-cü ildə Cənubi Qafqazda sülh müstəvisində aparılan danışıqlar məntiqi sonluqla yekunlaşmadı.
Bu il üçün əldə edilən razılaşmalar fonunda gözləntilər çoxdur.
Buna geosiyasi və qlobal miqyasda baş verən dəyişikliklərin də təsirinin olacağı iddia edilir.
Xüsusən də ABŞ-də ikinci Donald Tramp dönəmi ilə bağlı fərqli baxışlar var. Əsas gözləntilər nədən ibarətdir?
- Hazırda dünya ictimaiyyəti ABŞ-nin yeni liderinin hansı istiqamətdə fəaliyyət göstərəcəyini gözləyir.
Bu mənada Trampın inauqurasiyadan sonrakı açıqlamları çox ciddi məsələlərdən xəbər verir.