ABŞ B 52H ları Avropaya göndərdi

13.02.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın bir neçə B-52H “Stratofortress” strateji bombardmançı təyyarəsi İngiltərədəki “Fairford” Hərbi Hava Qüvvələri bazasına enib.

Axar.az xəbər verir ki, bu barədə “UK Aviation Nyus” məlumat yayıb.

Məlumata görə, bombardmançılar Şimali Dakotadakı “Minot” Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb və Britaniyaya enib. Daha iki B-52H-nin gəlişi gözlənilir.

ABŞ Hərbi Hava Qüvvələri məsələ ilə bağlı açıqlama verməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью