ABŞ bankları öz kriptovalyutasını yaradır yeni stablecoin gəlir

23.05.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin "JPMorgan Chase", "Bank of America", "Citigroup" və "Wells Fargo" kimi böyük bankları dollara bağlı rəqəmsal valyuta - "stablecoin" yaratmaq niyyətindədirlər.

Oxu.Az bu barədə "The Wall Street Journal"a istinadla məlumat verir.

Bildirilir ki, layihə ilkin danışıqlar mərhələsindədir.

Yeni "stablecoin"in beynəlxalq köçürmələr daxil olmaqla maliyyə əməliyyatlarını sürətləndirməsi gözlənilir. Banklar hesab edir ki, bu təşəbbüs onların kriptovalyuta bazarında rəqabət qabiliyyətini qorumasına kömək edəcək.

Yekun qərar hələ qəbul olunmayıb. Bu, həm müştəri tələbatından, həm də qanunvericilik təşəbbüslərindən asılı olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью