Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"ABŞ-nin 24 bankının fəaliyyətini izləyən KBW bank indeksi ardıcıl altı həftəlik eniş qeydə alaraq son 18 ilin ən uzunmüddətli azalma dövrünü yaşayıb. İndeks həmçinin avqust ayındakı zirvə göstəricisi ilə müqayisədə təxminən 13 % aşağı düşüb", - məlumatda bildirilib.
"Bloomberg"in məlumatlarına əsasən, "Bank of America"nın səhmləri 18 %, "State Street"in 14 %, "Citigroup"un səhmləri isə 10 % ucuzlaşıb.