ABŞ Baş prokuroru Kennediyə sui qəsdlə bağlı iş sənədlərini nəzərdən keçirir

22.02.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın baş prokuroru Pam Bondi prezident Donald Trampın göstərişi ilə keçmiş prezident Con Kennedinin (JFK) öldürülməsi ilə bağlı məxfi sənədləri nəzərdən keçirdiyini açıqlayıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "Fox News" televiziyasına danışan nazir Bondi JFK və amerikalı milyarder Jeffrey Epstein işi ilə bağlı sualları cavablandırıb.

Prokuror Bondi, Trampın göstərişinə uyğun olaraq JFK, onun qardaşı Robert F. Kennedinin və Martin Lüter Kinqin sui-qəsdləri ilə bağlı məxfi sənədləri nəzərdən keçirməyə başladığını açıqlayıb.

Bondi Epstein ilə əlaqəli adların siyahısının artıq onun masasının üzərində olduğunu söylədi və indiyə qədər sənədlərdə əhəmiyyətli bir şeyə rast gəlib-gəlmədiyini soruşduqda: "Hələ yox", - deyə o, cavab verdi.

Yanvarın 23-də ABŞ prezidenti Donald Tramp keçmiş prezident Kennedinin qətli ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edən sərəncam imzalayıb.

Fərman Kennedinin, onun qardaşı Robert Kennedinin və Martin Lüter Kinqin qətli ilə bağlı bütün sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью