ABŞ Baş Qərargah rəisi Kiyevə səfər edib

19.11.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

ABŞ Quru Qoşunları naziri Daniel Driskoll və ordunun Baş Qərargah rəisi general Rendi Corc müharibənin bitməsini sürətləndirmək üçün ABŞ səylərinin bir hissəsi olaraq Ukraynaya gözlənilməz səfər ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat verib.

Məlumata görə bu gündən etibarən onların Ukrayna hərbi rəhbərliyi, qanunvericilər və prezident Volodymir Zelenski ilə görüşləri planlaşdırılır.

Səfərin məqsədi Ukrayna hakimiyyətini Rusiya ilə dalana dirənmiş sülh danışıqlarının həllində iştiraka cəlb etməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью