ABŞ basketbol millisinin sabiq baş məşqçisi insult keçirib AZƏRTAC

14.11.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 14 noyabr, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "San-Antonio Spörs" klubunun baş məşqçisi Qreqq Popoviçin səhhətində problem yaranıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 75 yaşlı mütəxəssis insult keçirib. Onun hazırkı durumunun yaxşı olduğu bildirilib.

Qeyd edək ki, Qreqq Popoviç 2002-2004-cü və 2017-2021-ci illərdə ABŞ millisinin baş məşqçisi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью