ABŞ başqa ölkəyə qoşun göndərib

04.02.2026

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Nigeriyaya hərbçilərdən ibarət qrup yeridib.

Reyting.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin veb saytında ABŞ-nın Afrika komandanlığının (AFRİCOM) komandanı, general Andersonun son açıqlamaları yer alıb.

Keçən il Romada Nigeriya prezidenti Tinubu ilə görüşü xatırladan Anderson qeyd edib ki, bölgədə birlikdə işləmək barədə razılığa gəliblər.

Görüşdən sonra Anderson ABŞ şəxsi heyətindən ibarət kiçik bir qrupun “Nigeriyanı dəstəkləmək” üçün bu ölkəyə göndərildiyini açıqlayıb.

Xatırladaq ki, dekabrın 25-də Nigeriyadakı yaraqlı hədəflərə qarşı hava hücumlarından sonra verdiyi açıqlamada Anderson iki ölkənin əməkdaşlığı artırmaq barədə razılığa gəldiyini söyləmişdi.

Anderson bildirib ki, kiçik, ixtisaslaşmış ABŞ hərbi komandası Nigeriyanın uzunmüddətli əməliyyatlarını dəstəkləmək üçün spesifik və unikal imkanlar təmin edəcək. Lakin o, komandanın missiyası və fəaliyyət sahələri haqqında təfərrüatları paylaşmayıb.

Qeyd edək ki, ABŞ müxtəlif səbəblərdən dünyanın bir çox yerinə qoşun yerləşdirir. Amerika ordusu əvvəllər Rusiya-Ukrayna böhranı zamanı onları dəstəkləmək üçün Polşaya qoşun göndərmişdi.

Xeyli sayda Amerika əsgəri həmçinin NATO-ya görə ABŞ üçün strateji yerləşdirmə sahəsi olan Avropada da yerləşdirilib. 2025-ci ilin məlumatlarına görə, Avropada 60 mindən çox ABŞ əsgəri var.

E. KAMAL


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью