ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir

21.09.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton, 21 sentyabr, AZƏRTAC

ABŞ Belarusdan kalium gübrəsinin alınmasına dair böyük saziş üzərində işləyir.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

“Qiymət hazırda Kanadaya ödədiyimizdən xeyli aşağı olacaq. Bu, fermerlərimiz və heyvandarlıqla məşğul olanlar üçün çox yaxşı xəbərdir”, – deyə Tramp bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью