ABŞ Belarusla böyük sövdələşməyə hazırlaşır

16.02.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

ABŞ və Belarus tezliklə sanksiyaların yumşaldılmasına imkan verəcək böyük sövdələşmə bağlaya bilər.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzetində dərc olunan məqalədə deyilib.

Qeyd edilib ki, bundan əvvəl ABŞ dövlət katibinin köməkçisinin müavini Kristofer Smit Minskə səfər edib, Belarus Prezidenti Aleksandr Lukaşenko, eləcə də bu ölkənin Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri İvan Tertellə görüşmüşüb.

Qəzet iddia edir ki, görüşdə Belarusda məhkum olunmuş amerikalıların ABŞ-a qaytarılması məsələsi müzakirə olunub, bunun müqabilində Vaşinqton bəzi sanksiyaları yumşalda bilər.

ABŞ Prezidenti Donald Trampın administrasiyası məsələ ilə bağlı şərh verməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью